|
BİZ AZ TƏMİNATLI ƏHALİNİN HƏYAT SƏVİYYƏSİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRİRİK 
Vijn Fond AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə ümumdünya yardım və inkişaf təşkilatı olan Vörld Vijn Azərbaycan təşkilatının bir proqramı olaraq yaradılmışdır.
2002-ci ildə Vijn Fond AzərKredit məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Azərbaycan Milli Bankının lisenziyasını almışdır.
O vaxtdan bir çox şeylər dəyişsə də, Vijn Fond AzərKredit təşkilatının baxışı insanlara daha yaxşı və dayanıqlı həyat tərzi yaratmaqda dəstəkləmək olaraq qalmışdır.
Vijn Fond AzərKredit təşkilatının missiyası yoxsul insanların həyatlarında müsbət təsirə səbəb olacaq maliyyə xidmətlərinin təqdim edilməsidir.
VF AzərKredit-in əsas məqsədi hər zaman ənənəvi bank sistemi vasitəsilə maliyyə xidmətlərindən yararlana bilməyən insanlara kreditlərin verilməsi olmuşdur.
Bu VF AzərKreditin Azərbaycanın həm şəhər, həm də kənd ərazilərində işləməsi ilə yanaşı, əsas diqqətin bank sisteminin əhatə etmədiyi kənd ərazilərində kiçik və orta sahibkarlara, həmçinin özünü –məşğul kasıblara kredit imkanları təqdim etməklə onların rəsmi bank sisteminə çıxışının təminatına yönəldilməsini nəzərdə tutur.
Hazırda VF AzərKredit güclü maliyyə təşkilatına çevrilərək yalnız kreditlər üzrə təmərküzləşmir, daha geniş mikromaliyyə istiqamətinə yönəlir.
Vijn Fond AzərKredit tərəfindən həyata keçirilən məhsul və prosedur təkmilləşdirilməsi və yeni məhsulların yaradılması Azərbaycanın mikromaliyyə sektoruna yenilik gətirmişdir. Hazırda ucqar kənd ərazilərindən sınaqdan keçirilən və tətbiq olunan "Kənd Şuraları" adlı yeni məhsul təqdimatı mexanizmi ucqar ərazilər və uzaq kəndlərə məhsul çatdırılması əhatəsini genişləndirmək üçün yeni bir üsuldur. Məhsul çeşidlərinin diversifikasiyası hədəf müştərilərin ehtiyaclarının geniş tədqiq edilməsi vasitəsilə daim davam etdirilir.
Hazırda Vijn Fond AzərKredit hədəf müştərilərinə aşağıdakı kredit məhsullarını təklif edir: qrup şəhər, qrup kənd, fərdi şəhər və kənd təsərrüfatı mikro-kreditləri, fərdi şəhər və kənd təsərrüfatı kiçik kreditləri, habelə, kiçik və orta sahibkarlar üçün istehlak kreditləri.
Vijn Fond AzərKredit 21 rayonda fəaliyyət göstərir ki, bunlardan 14-ü digər ərazilərlə müqayisədə maliyyə xidmətləri ilə kifayət qədər təmin olunmayan kənd əraziləridir. Belə kənd ərazilərində filial şəbəkəsinin sürətli genişlənməsi yaxın illərdə davamlı artımın baş verəcəyinə zəmin yaradır.
2010-cu ilin sonuna təşkilatın aktiv müştərilərinin sayı 33.400 nəfərə, portfelinin həcmi isə 23 milyon manata çatmışdır. Bu göstəricilər yanaşı, AzərKredit portfelin keyfiyyətini PAR>30g cəmi 0.4 faiz olaraq saxlayır. Bərabər iş imkanları prinsiplərini əldə rəhbər tutan Vijn Fond AzərKredit təşkilatının 260 əməkdaşı var ki, onlar da təşkilatın əsas aktivləridir.
Təşkilat strateji planın bir hissəsi olaraq, yoxsulluq piramidasının aşağı təbəqəsini dəstəklənməsinə xidmət edən sosial fəaliyyətin idarəolunması sisteminin inkişafına müntəzəm olaraq sərmayə qoymaqda davam edir."Yoxsulluğun Ölçülməsi Aləti" hazırlanaraq təqdim olunmuş və bu alət 2009-cu ildən etibarən Vijn Fond AzərKreditdə istifadə olunur. Yoxsulluğun Ölçülməsi Aləti hədəf müştərilərin yoxsulluq səviyyəsini ölçmək imkanı yaradır və o, gələcəkdə Vijn Fond AzərKredit təşkilatının yoxsul insanların həyatına təsirinin ölçülməsinə yardımçı olacaq.
VF AzərKredit Müştəri Xidmətləri Strategiyasının inkişafı sahəsində də fəal işlərə başlamışdır. Bu istiqamətdə atılan ilkin addım müştərilərin təklif və şikayətlərinin toplanması üçün etibarlı bir rəy toplama sisteminin yaradılması olmuşdur. Müştəri Əlaqələrinin İdarəolunması növbəti illərdə VF AzərKreditin aparıcı istiqamətlərindən biri olacaqdır.
2008-ci ildə:
- Biz Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində Sosial Audit prosesindən keçməklə pilot iştirakına görə fərqlənmə sertifikatı ilə mükafatlandırılmışıq;
- Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən mikromaliyyə bazarında ən uğurlu icma təsirinə nail olmuş mikromaliyyə təşkilatı kimi " "Azərbaycanda Ən Yaxşı İcma Təsirinə Nail Olmuş Təşkilat" nominasiyası üzrə mükafatlandırılmışdır;
- Mikromaliyyə Məlumatı Mübadiləsi (MİX) tərəfindən VF AzərKredit Təşəkkür Sertifikatı almış və portfelinin keyfiyyəti görə xüsusi siyahıda 66-cı yeri tutmuşdur;
- 2008-ci ilin göstəricilərinə görə ”VFİ (Vision Fund İnternational) Green” tərəfindən ”Qabaqcıl fəaliyyət” sertifikatına layiq görülmüşdür.
2009-cu ildə:
- VF AzərKredit təşkilatı Mikrofinanza Reytinq şirkəti tərəfindən maliyyə və sosial Reytinqdən keçmişdir. Bununla da VF AzərKredit Azərbaycanda sosial reytinqdən keçən ilk təşkilat olmuşdur;
- Biz böyük dördlüyə daxil olan audit şirkəti tərəfindən audit yoxlamasından keçərək, müfəssəl rəy almışıq ki, bu da bir mikromaliyyə təşkilatı üçün həqiqətən də bir nailiyyətdir;
- Fəaliyyətimiz GGAP, Ford Fondu və Mişel və Susan Dell Fondu tərəfindən MİX təşkilatına sosial indikatorlarımız üzrə verdiyimiz hesabata görə Gümüşü Sertifikata layiq görülməyimiz vasitəsilə mikromaliyyə sektoru tərəfindən yüksək səviyyədə tanınmış oldu;
- MFC (Mikromaliyyə Mərkəzi) tərəfindən MFC Keyfiyyət Auditi Alətindən istifadə etməklə Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində pilot iştirakına görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür;
- "MF Transparency" VF AzərKrediti Azərbaycan mikromaliyyə sektorunda şəffaf qiymətqoyma siyasəti sahəsində lider mikromaliyyə təşkilatı kimi tanınmışdır.
2010-cu ildə:
- 26 may 2010-cu il tarixdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mikromaliyyə Mərkəzinin konfransında VF AzərKredit Sosial Fəaliyyət Hesabatlılığı üzrə Mükafat Komitəsi tərəfindən Sosial Fəaliyyət Hesabatına görə Qızıl Mükafata layiq görülmüşdür;
- Oktyabr ayında "Azərbaycanda Məsuliyyətli Mikromaliyyə" mövzusunda təşkil olunmuş 5-ci mikromaliyyə konfransında VF AzərKredit AMA tərəfindən “İlin Ən Yaxşı Üzvü - 2010") nominasiyası ilə mükafatlandırılmışdır.
VF AzərKredit-in Azərbaycan mikromaliyyə bazarında liderliyi və daxili sistemlərin fəal surətdə təkmilləşdirilməsi təşkilatın gələcək inkişafı üçün MMİ-nin yaxın illərdə əsas hədəfi olan daha da çox kənd və ucqar ərazilərdə fəaliyyətini genişləndirmək üçün əlverişli mühit yaradır.
VF AzərKredit İdarə Heyətinin Sədri Liliana Spasoyeviç
İdarə Heyətinin Sədr müavini isə Samir Cəfərlidir
Baş ofis: Kaveroçkin küçəsi 13 / Azadlıq prospekti 64, Bakı, Azərbaycan, AZ1022;
Tel.: (+99412) 418 9417; Faks: (+99412) 440 1471
Elektron poçt: azercredit@azercredit.az
|