It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində
VF AzərKredit Bank Olmayan Kredit Təşkilatına xoş gəlmişsiniz
BİZ AZ TƏMİNATLI ƏHALİNİN HƏYAT SƏVİYYƏSİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRİRİK

VF AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə yaradılmışdır. 2002-ci ildə VF AzərKredit məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Azərbaycan Milli Bankının lisenziyasını almışdır.

O vaxtdan bir çox şeylər dəyişsə də, VF AzərKredit təşkilatının baxışı insanlara daha yaxşı və dayanıqlı həyat tərzi yaratmaqda dəstəyin göstərilməsi olaraq qalmışdır.

VF AzərKredit təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir.

VF AzərKreditin 32 rayonda 39 ofisi fəaliyyət göstərir ki, bunlardan 22-i digər ərazilərlə müqayisədə maliyyə xidmətləri ilə kifayət qədər təmin olunmayan kənd əraziləridir. Belə kənd ərazilərində filial şəbəkəsinin sürətli genişlənməsi yaxın illərdə davamlı artımın baş verəcəyinə zəmin yaradır.

Təşkilatın aktiv müştərilərinin sayı 76,000 nəfəri ötmüş, portfelinin həcmi isə 76 milyon ABŞ dollarına çatır. Bu göstəricilərlə yanaşı, VF AzərKredit portfelin keyfiyyətini qoruyub saxlayır, belə ki, PAR>30gün cəmi 0,6% təşkil edir.

Bərabər iş imkanları prinsiplərini əldə rəhbər tutan VF AzərKreditin 600-ə yaxın əməkdaşı vardır ki, onlar da təşkilatın əsas aktivləri hesab olunur.

VF AzərKreditin Azərbaycan mikromaliyyə bazarında liderliyi və daxili sistemlərini fəal surətdə təkmilləşdirilməsi təşkilatın gələcək inkişafı və yaxın illərdə əsas məqsəd olan daha da çox kənd və ucqar ərazilərdə fəaliyyətini genişləndirməsi üçün əlverişli mühit yaradır.

daha ətraflı >>
Son Xəbərlərimiz

Iyul 2014

| VF AzərKredit Heyətinin İllik Yığıncağı 2014
Hər il olduğu kimi  2014-cü ildə də VF AzərKredit 16-20 iyun tarixlərində Qəbələ rayonunda yerləşən “Qafqaz Resort Hotel”də Heyətin…
daha ətraflı >>

Iyun 2014

| VijnFond AzərKredit Azərbaycanda S.T.A.R Sertifikatını almış İlk Təşkilatdır
Müştərilər və işçiyə yanaşma baxımından şəffaflıq və məsuliyyətli maliyyələşdirmə hər zaman VF AzərKreditin fəaliyyət və strategiyasında ən ilkin …
daha ətraflı >>

May 2014

| “Aprel Mikromaliyyə Ayi” Başa Çatdı
Maarifləndirmə işinin vacibliyini əsas götürən və öz sosial fəaliyyətinin tərkib hissəsi hesab edən VF AzərKredit aprel ayı boyunca al…
daha ətraflı >>

Aprel 2014

| VF AzərKredit Beynəlxalq Musiqi Yarışmasında Gənc Tələbələrin İştirakını Maliyyələşdirdi
Qadınların rolunun artırılması və uşaqların daha firavan gələcəyi üçün daima çalışan VF AzərKredit, aprel ayının 8-13 tarixləri arasında …
daha ətraflı >>

Mart 2014

| Aprel — Mikromaliyyə Ayı
Maarifləndirmə fəaliyyətinin əhəmiyyətini daim diqqətdə saxlayan VF AzərKredit təşkilatı Aprel- Mikromaliyyə Ayı layihəsinin ic…
daha ətraflı >>

Fevral 2014

| VF AZƏRKREDİT FAİZ DƏRƏCƏLƏRİNİ ENDİRDİ
VF AzərKredit daima öz müştərilərinin tələb və istəklərini nəzərə alaraq, onlara əlverişli məhsullar və xidmətlər təqdim etməyə çalışır. Məhs…
daha ətraflı >>

Yanvar 2014

| VF AzərKredit AMFA İllik Təltif Ziyafəti 2014-də 2 mükafata layiq görülmüşdür
VF AzərKreditin son nailiyyətləri AMFA və beynəlxalq təşkilatlar tərəfindən builki AMFA Təltif Ziyafətində İnnovativ Texnologiyala…
daha ətraflı >>

Dekabr 2013

| “UŞAQ ƏMƏYİNİN QARŞISININ ALINMASI” LAYİHƏSİ SONA ÇATDI TƏŞƏBBÜSÜ YERLİ HAKİMİYYƏT ORQANLARI DAVAM ETDİRƏCƏK
Uşaq əməyinin istismarı Azərbaycanda nəzərə çarpacaq dərəcədə yüksək olmamasına baxmayaraq, ölkəmizin bir sıra bölgələrində, xüsu…
daha ətraflı >>








Qaynar xətt: (+994 50) 287 30 37

©2014 Vijn Fond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az